RU

Azərbaycanın qucaq açdığı uşaqlar

ain.az bildirir, Bizimyol portalına istinadən.

2026-cı ilin ilk günlərində Ukraynadan olan daha bir qrup uşaq reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib. Bu barədə Yuri Qusev sosial şəbəkə platforması "X" üzərindən məlumat verib.

Səfirin paylaşımına görə, Ukraynanı müdafiə edən hərbçilərin övladlarından ibarət 26 uşaq Azərbaycanda peşəkar tibbi və psixoloji dəstək alacaq. Səfir bildirib ki, bu proqram uşaqların fiziki və emosional bərpasına kömək etmək məqsədi daşıyır.

2022-ci ildən bəri Azərbaycan Ukraynadan gələn yüzlərlə uşağa reabilitasiya imkanı yaradıb. Rəsmi məlumatlara əsasən, indiyədək 498 ukraynalı uşaq ölkəmizdə müalicə və psixoloji bərpa proqramlarından faydalanıb. Bu təşəbbüs müharibənin yaratdığı travmaların aradan qaldırılmasına və uşaqların normal həyata qayıtmasına dəstək məqsədi daşıyır.

Bakıda həyata keçirilən proqram çərçivəsində uşaqlar tibbi müayinələrdən keçir, reabilitasiya və fizioterapiya xidmətləri alır, psixoloji dəstək və sosial adaptasiya proqramlarında iştirak edir, istirahət və mədəni tədbirlərə qatılır.

Səfir Yuri Qusev Azərbaycana göstərilən dəstək və həmrəyliyə görə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, bu yardım Ukraynalı ailələr üçün böyük mənəvi dəstəkdir və uşaqların gələcəyə daha ümidlə baxmasına kömək edir.

Azərbaycanın bu humanitar təşəbbüsü ölkənin beynəlxalq həmrəylik və insanpərvərlik prinsiplərinə sadiqliyini nümayiş etdirir. Müharibənin ən ağır yükünü daşıyan uşaqlar üçün təhlükəsiz mühit yaratmaq, onların sağlamlığını və psixoloji durumunu bərpa etmək gələcək nəsillərin qorunması baxımından mühüm addımdır.

Bu gün Bakıya gələn ukraynalı uşaqlar yalnız tibbi xidmət deyil, eyni zamanda qayğı, diqqət və ümid dolu bir mühitlə qarşılanır. Azərbaycan bir daha sübut edir ki, humanizm sərhəd tanımır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
icma.az

1Источники