RU

Məşhur aktyor ailəsinin gözü qarşısında ÖLDÜRÜLDÜ

Naməlum şəxslər cinayətkarlığın qarşısının alınması ilə bağlı sosial media videoları çəkən braziliyalı aktyor Moises Trindade Barbosa Ferreiranı ailəsinin gözü qarşısında güllələyərək öldürüblər.

“Cebheinfo.az” xəbər verir ki, hadisə bazar ertəsi günü Bahia ştatının Salvador şəhərində baş verib. Motosikletdə olan iki kişi 33 yaşlı Ferreiranı idarə etdiyi barın yaxınlığında öldürüb. Ferreiranın valideynləri və iki uşağı cinayətin şahidi olublar; onlar xəsarət almayıblar.

İstintaq davam edir və şübhəlilər saxlanılmayıb. Moises Ferreira braziliyalı aktyor və bloqçudur. O, həmçinin cinayətkarlığın qarşısının alınması ilə bağlı videolar hazırlayan Fatos de Favela kollektivinin üzvü olub.

Избранный
1
1
cebheinfo.az

2Источники