RU

Rusiya yığması amerikalılardan rədd cavabı aldı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya yığması mart ayında yoldaşlıq oyunu keçirməklə bağlı problemlə üzləşib. 

Fanat.Az xəbər verir ki, bunun üçün Hondurasa müraciət edən şimal qonşularımız rədd cavabı alıblar. 

Məlumatı "Sport24.ru" yayıb. Mənbə Honduras Futbol Federasiyasının baş katibi Xose Mejiaya istinad edib:

"Rusiya Futbol İttifaqı bizdən bu ilin 31 martında Sankt-Peterburqda yoldaşlıq oyunu keçirməkdə maraqlı olub-olmadığımızı soruşdu. Federasiyamız bu bu təklifi rədd etdi. Artıq FİFA ilə mart ayı üçün rəqiblər və tarixlər barədə razılığa gəlmişik. İyun ayına gəldikdə isə, digər rəqiblərdən təkliflərimiz var".

Rusiya yığması Ukraynaya hücuma görə 2022-ci ilin fevralından FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılıb və yalnız yoldaşlıq görüşləri ilə kifayətlənir.

Mərkəzi Amerika təmsilçisi Honduras son KONKAKAF Kubokunun bürünc mükafatçısıdır. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
fanat.az

2Источники