Metbuat.az xəbər verir ki, Türkiyənin tanınmış futbol şərhçisi Nihat Kahveçi bu mövzuda geniş açıqlama verib. Kahveçi Osimenlə bağlı narahatlıq üçün ciddi əsas olduğunu dilə gətirib: “Adam qol vurur, komandasını xilas edir, amma sevinmir. Niyə? Hansı problemi var? Niyə bu adamın sıxıntılarını dinləmirlər? Osimen “Qalatasaray”ın onurğa sütunudur. Osimen olmayanda, komada ruh kimi meydanda dolaşır. Osimenlə bağlı problem çözülməlidir”.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk da matçı təhlil edib. Buruk komandasının oyunundan razı qalmadığını, amma növbəti mərhələyə adladıqları üçün hədsiz sevincli olduğunu bildirib: “Bu oyunu ciddi şəkildə təhlil edəcəyəm. Futbolçularımız da bunu etməlidir. Mərhələni keçsək də, çox önəmli dərs aldıq”.