RU

Ukrayna müharibəsi genişlənir? İki ölkədən təhlükəli həmlə

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiya Ukraynaya nüvə silahı verməyi planlaşdıran Fransa və Böyük Britaniyaya sərt cavab verə bilər. Onların nüvə doktrinası buna imkan verir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strategic Culture” məlumat yayıb.

“Əgər Paris və Londona aid edilən plan həyata keçirilərsə, nəticələr Ukrayna hərbi əməliyyatlarından daha da kənara çıxacaq”, – deyə bildirilib.

Məqalənin müəllifləri qeyd ediblər ki, Ukraynada kütləvi qırğın silahlarının peyda olma ehtimalı Rusiya tərəfindən qırmızı xətt kimi qəbul edilir:

“Rusiyanın nüvə doktrinasına Moskvaya yalnız nüvə güclərinin birbaşa hücumlarına deyil, həm də üçüncü ölkələrin birgə hərəkətlərinə cavab verməyə imkan verən düzəlişlər edilib. Qərbin məsuliyyətsiz müdaxiləsi səbəbindən nüvə apokalipsisinin riskləri kəskin şəkildə artıb”.

Qeyd edək ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti fevralın 24-də Paris və Londonun Kiyevə nüvə bombası verməyi planlaşdırdığını açıqlamışdı.

Moskva tərəfi bəyan edir ki, Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahının qaytarılması ilə bağlı addımlar atmaq niyyətindədir. Bu iddialar artıq təkcə siyasi bəyanat yox, qlobal təhlükəsizlik sistemini təhdid edən ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
globalinfo.az

1Источники