RU

Tolik yüksək vəzifə təyin edilməsi xəbərindən danışdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Prodüser və aparıcı Tarix Əliyevin (Tolik) Space TV-də yayımlanan “Tarixin bir günü” verilişinin bağlanacağı haqda xəbərlər yayılıb. Bundan əlavə, onun Space TV-nin rəhbəri Vado Korovinlə razılığa gələrək musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunduğu iddiaları yayılıb.

Globalinfo.az-a danışan Tarix Əliyev sözügedən xəbəri təkzib edib:

“Deyilənlər yalandır. Vallah-billah, elə bir şey yoxdur. Nə rəhbərlikdən elə bir təklif almışam, nə o barədə danışıq olub. Ülviyyə Alovlu necə belə bir məlumatı hamıdan əvvəl bilə bilər axı?! Mən sizə əminliklə deyirəm ki, barəmdə yayılan xəbərlər şayiədir”.

Tarix Əliyev tamaşaçıları ilə vidalaşacağı haqda xəbərə belə reaksiya verib:

“Bu barədə danışmağa hazırda vaxtım yoxdur. Lakin sabah səhər canlı efirdə olacağam. Bütün qaranlıq qalan sualları veriliş vasitəsilə cavablandıracağam”.

Qeyd edək ki, son vaxtlar efirlərdə etik normaların pozulması ictimaiyyətdə narazılıq doğurub. Bundan sonra Elgiz Əkbərin ARB-də yayımlanan “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb, ATV-nin aparıcısı Zaur Nəbioğluna şiddətli töhmət verilib. Tarix Əliyevin verilişinin isə formatı və aparıcısının dəyişəcəyi bildirilib.

Leyla Əlisoy

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
globalinfo.az

1Источники