RU

Nərimanovda yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yardımçı tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
3
metbuat.az

1Источники