ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Yuqra bölgəsində bir ata qanuni hüquqlarına baxmayaraq övladlarının Azərbaycana getməsini qadağan edib. Bundan sonra uşaqların anası məhkəməyə müraciət edib. Bu, uşaqların xeyrinə qərar verən məhkəmə ilə nəticələnib.
Bakupost.az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, uşaqların atası rus, anası isə azərbaycanlıdır. Uşaqlar doğulandan bəri Bakıda yaşayır, orada bağçaya və məktəbə gedirlər.Uzun müddət evli olan cütlük uzun sonradan boşanıb. Məhkəmənin qərarı ilə Rusiya vətəndaşlığı olan uşaqlar Bakıda yaşayan ananın yanında qalıb, ata isə aliment ödəməli olub. Yay tətilində uşaqlar analarının razılığı ilə Rusiyaya atasının yanına gedirdilər. Lakin tətil bitdikdən sonra ata uşaqları Bakıya qaytarmayıb və ataları onların Azərbaycana səfərinə qadağa qoyub.Məhkəmə iclasında ifadə verən uşaqlar Azərbaycana qayıtmaq istədiklərini, orada məktəbdə oxuduqlarını, dostlarının olduğunu bildiriblər. Onlar ataları ilə yaşamaqdan imtina ediblər.Məhkəmə nümayəndəsi də ananın uşaqların geri qaytarılması tələbini dəstəkləyib.Məhkəmənin qərarında bildirilib ki, “azyaşlı uşaqların səfərinə qoyulmuş məhdudiyyət onların maraqlarına ziddir, hüquqlarını pozur və məqsədəuyğun deyil. Məhkəmə iddiaçı tərəfin bütün tələblərini təmin edib, müvəqqəti məhdudiyyəti ləğv edib və səfərə icazə verib”.Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.