RU

Tarixin 26 fevralı...

Tarixin qanlı səhifələrində 26 fevraldayıq...

Hit.az xəbər verir ki, bu gün bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən biri baş verib.

Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı Xocalı soyqırımını törədiblər. Dəhşətli qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir isə götürülüb. Əfsuslar olsun ki, əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu faciənin ağrısı elə böyükdür ki, illər, əsrlər keçsə belə unudulmayacaq. Lakin xoşbəxtlik ondadır ki, qisasımızı aldıq və soqırım törədilən Xocalı bu gün azaddır...

Bəs 26 fevralda başqa nələr baş verib?

1992-ci ildə Azərbaycan və Banqladeş arasında diplomatik əlaqələr qurulub. 2020-ci ildə isə Braziliya, Gürcüstan, Norveç, Pakistan, Rumıniya, Şimali Makedoniya və Yunanıstanda ilk dəfə COVID-19 virusuna yoluxma qeydə alınıb.

26 fevralda doğulanlar:

1968-ci ildə Milli Qəhrəman, Azərbaycan tank komandiri, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Rzayev, 1926-cı ildə aktrisa, Xalq artisti Sofiya Hüseynova, 1935-ci ildə sabiq baş nazir Artur Rasizadə, 1952-ci ildə şair Yetim Eyvaz və 1981-ci ildə aparıcı Zaur Baxşəliyev dünyaya gəlib.

1802-ci ildə fransız yazıçı və şair Viktor Hüqo, 1916-cı ildə amerikalı aktyor Ceki Qlison, 1928-ci ildə İsrailin sabiq baş naziri Ariel Şaron, 1932-ci ildə amerikalı müğənni Conni Keş, 1954-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 1967-ci ildə yapon futbolçu Kazuyoşi Miura, 1973-cü ildə norveçli baş məşqçi Ule Qunnar Sulşer, 1982-ci ildə çinli tenisçi Li Na, 1983-cü ildə portuqaliyalı futbolçu Pepe, və 1984-cü ildə türkiyəli aktrisa Beren Saat doğulub.

26 fevralda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəmanlar Araz Səlimov, Canpolad Rzayev, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Tofiq Hüseynov Xocalı soyqırımı zamanı şəhid olublar.

Həmçinin, 1996-cı ildə sabiq deputat Əli Ansuxski və şair Əli Tudə, 1971-ci ildə fransız aktyor Fernandel, 2001-ci ildə türkiyəli arxeoloqu Jalə İnan, 2020-ci ildə dövlət xadimi İsgəndər Həmidov vəfat edib.

Pərviz
 

Избранный
29
hit.az

1Источники