Dünən Qırğızıstanın İssık-Kul bölgəsinin Ak-Suu rayonunda 41 yaşlı qadın 17 yaşlı qızının hamilə olduğuna dair xəbəri eşidəndən sonra özünü yandıraraq intihar edib.
Hafta.az yazır ki, yerli polisə 2009-cu il təvəllüdlü bir qızın 16 həftəlik hamilə olduğu barədə məlumat daxil olub və ilkin araşdırma başlayıb.
Qız dindirilməyə çağırılıb, lakin anası bunu rüsvayçılıq hesab edərək istintaqda iştirakdan imtina edib. Qısa müddət sonra, təxminən saat 21:00-da qadın evdən çıxıb, üzərinə benzin tökərək özünü yandırıb. O. ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılsa da, bütün səylərə baxmayaraq, ölüb.
İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib və hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün araşdırmalar aparılır.