RU

Xocalı qurbanları Mingəçevirdə anıldı


Mingəçevir Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Mingəçevir Şəhidlər Xiyabanında Soyqırımı abidəsi önünə gül dəstələri qoyublar.
Mərasimdə Mingəçevirdə məskunlaşmış xocalılıların bir qrupu ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.
Tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 34 il keçir.
O, xalqımıza bu faciəyə görə başsağlığı verib.
Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Şəhər rəhbəri soyqırımı hadisəsindən danışaraq, o illərdə baş verən hadisələri bir daha xatırladıb:
“Xocalı faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilib və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli işlər görülüb, ulu öndərin tapşırığı ilə Xocalı faciəsinin beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün əməli tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də xocalılılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir”.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Mingəçevirdəki səlahiyyətli nümayəndəsi Zahir Usubov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhid anası İranə Həsənova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İB Mingəçevir filialının sədri Əliağa Bəndəliyev çıxış ediblər.









Esmira Hidayətova, Mingəçevir
Избранный
25
yeniavaz.com

1Источники