RU

Bu halda övlad valideynə aliment ödəməlidir - Əks halda məhkəməyə verilə bilər

Bakı. Trend:

Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyəthüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərinödənilməsi ilə bağlı hallara dair izah verib.

Trend xəbərverir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindənirəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadınşəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağanedən hallar aydınlaşdırılıb.

Bildirilib ki, valideynlərin uşaqlarına münasibətdə şəxsiyyəthüquqlarına yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmətgözləmək hüququ da aiddir.

Valideynin əmək qabiliyyəti olmadığı hallarda yetkinlik yaşınaçatmış uşaqlardan aliment və əlavə xərclər almaq hüququözü-özlüyündə əmlak hüquqlarıdır. Bu hüquqların pozulması şəxsiyyəthüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər.

Ailə qanunvericiliyində uşağın öz valideynləri və ailənin digərüzvləri tərəfindən maddi cəhətdən saxlanılmaq, habelə onlardanqanunla müəyyən olunmuş qaydada və miqdarda aliment və əlavə xərcalmaq hüququ, vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanmavə s. kimi əmlak hüquqları da təsbit edilib. Bu hüquqlarınınpozulması da şəxsiyyət hüquqlarının pozulması ilə nəticələnəbilər.

Valideynlik hüquqlarından məhrum edilmə əsaslarından alimentinqəsdən ödənilməməsi, habelə valideynin xronik alkoqolizm vənarkomaniya xəstəsi olması uşağın şəxsiyyət hüquqlarına hüquqaziddmüdaxiləyə səbəb olduğu halda, mənəvi zərərlə nəticələnə bilər.

Qeyd edək ki, cinayət işi açılıb açılmamasından asılı olmayaraqsirr təşkil edən məlumatların yayılmasına görə tərəf mülki qaydadatələb irəli sürə bilər.

Sirr hesab edilməsə də, tərəfin razılığı olmadan yayılanməlumatlarla bağlı cinayət məsuliyyəti yaranmır, lakin tərəf mülkiqaydada iddia qaldıra bilər.

İddia şəxsiyyət hüququnun müdafiəsi və mənəvi zərərlə bağlıqaldırılır.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali MəhkəməPlenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinintənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalarvə məsuliyyət mülkidir.

Избранный
23
7
az.trend.az

8Источники