RU

“Real Madrid” azarkeşi nasist salamına görə stadiondan çıxarılıb

Ötən gecə Çempionlar Liqasının pley-off mərhələsində baş tutan “Real Madrid”-“Benfika” oyunu(2:1) zaman stadionda xoşagəlməz hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, barədə İspaniya KİV-i məlumat yayıb.

Belə ki, klub himni səsləndirilərkən azarkeşlərin əksəriyyəti əllərini yuxarı qaldırdığı halda, tribunada olan bir nəfər nasist salamını xatırladan jest nümayiş etdirib və bunu bir neçə dəfə təkrarlayıb.

Hadisə canlı yayım zamanı da görüntülənib. Təhlükəsizlik əməkdaşları həmin şəxsi operativ şəkildə müəyyənləşdirərək “Santiaqo Bernabeu” stadionundan uzaqlaşdırıblar.

Öz növbəsində “Real Madrid” rəhbərliyi rəsmi açıqlamasında bu cür jestləri qətiyyətlə pislədiyini və qayda pozuntusuna yol verən azarkeşə qadağa tətbiq ediləcəyini bildirib.

İdman.Biz
Избранный
13
idman.biz

1Источники