“The Athletic” nəşri hazırda liqanın ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün MBA-da çıxış edən 30-dan artıq basketbolçu arasında sorğu keçirib.
"Football-plus.az" xəbər verir ki, səsvermə nəticəsində 1-ci yeri “Denver”in mərkəz oyunçusu Nikola Yokiç tutub. 5 səs toplayan serbiyalı ulduz “Oklahoma-Siti”nin oyun qurucusu Şey Gilces-Aleksanderi (3 səs), “Leykers”in oyun qurucusu Luka Donçiçi (2 səs) və “Klivlend”in müdafiəçisi Donovan Mitçelli (2 səs) arxada qoyub. Sorğuya qatılanlardan heç birinin Lebron Ceymsin (Leykers) və ya Stefen Karrinin (Qolden Steyt) adını çəkməməsi maraqlı məqamdı.
“Mayami”nin oyunçusu Norman Pauell seçimini belə dəyərləndirib: “Ən müxtəlif amillərin cəminə görə Nikola Yokiçin adını çəkərdim. Onun universallığını, komanda üçün etdiklərini və komanda üçün rolunu, meydandakı göstəricilərini və bütün bunlara necə asanlıqla nail olduğunu vurğulamaq istəyirəm”.
Sorğunun qalibi olan Yokiç isə MBA tarixinin ən yaxşı avropalı oyunçusunun adını çəkib: “Dirk Novitski... Başqa kim? Manu Cinobilinin adını çəkərdim. Hakim Olacyuvonu əcnəbi oyunçu saymaq olarmı? Olarsa, biri də odu. Toni Parker. Bir də Pau Qazol... Bax, bu beş oyunçunun adını çəkərdim”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта