RU

Azərbaycanda kişilər üçün də sığınacaq var?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

2024-cü ilin 11 ayı ərzində zorakılığa məruz qalanlar arasında qadınlar üstünlük təşkil edib.

Bu dövrdə 478 qadın, 384 uşaq və 42 kişi zorakılıq halları üzrə qeydiyyata alınıb.

2025-ci ilin 11 ayını əhatə edən statistik göstəricilər əvvəlki dövrlə müqayisədə artım olduğunu göstərir. Məlumata görə, qeyd olunan müddətdə 493 qadın, 466 uşaq və 74 kişi zorakılığa məruz qalan şəxslər kimi qeydə alınıb.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda ailə daxili zorakılıq və insan alveri qurbanları üçün sığınacaqlar fəaliyyət göstərir. 

İnsan alveri qurbanları üçün Daxili İşlər Nazirliyinin sığınacağı var, lakin bu sığınacaqlar inteqrasiya dövründə digər sığınacaqlardan da dəstək ala bilirlər. İnsan alveri qurbanları üçün sığınacaqlar Daxili İşlər Nazirliyinin Baş İdarəsinin nəzdində fəaliyyət göstərir və orada 50 nəfərlik yer var.

Bəzən digər sığınacaqlarda yerləşdirilən şəxsin insan alverinin qurbanı olduğu sonradan aşkarlanır. Belə halda dərhal sığınacaq tərəfindən İnsan Alveri Baş İdarəsinə məlumat verilir və fakt təsdiqləndikdən sonra şəxs həmin sığınacağa yerləşdirilir:

“Azərbaycanda demək olar ki, bütün sığınacaqlar ailədaxili zorakılıq qurbanları ilə işləyir. Say baxımından ölkədə 7–8 sığınacaq fəaliyyət göstərir.

Bunların içərisində qadın qəbul edən əsas sığınacaqlar“Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyi”, “Sevgi Evi” və sairədir. Amma kişiləri qəbul edən ayrıca sığınacaq yoxdur. “Ümid Yeri” sığınacağı və Sosial Xidmətlər Agentliyi 12 yaşdan yuxarı oğlanları qismən qəbul edə bilir.

Ölkədə kişilər üçün ayrıca sığınacaqlar mövcud deyil. Sosial Xidmətlər Agentliyinin sığınacağı qismən yerə uyğun olaraq kişiləri qəbul edə bilir".

Son statistika göstərir ki, kişilər də zorakılıq halları ilə bağlı müraciət edirlər:

"Kişilərdə daha çox  psixoloji zorakılıq hallarına məruzqalma olur  və onlar bu barədə çox danışmağı sevmirlər.

18 yaşa qədər oğlan uşaqları üçün sığınacaqlar mövcud deyil. Çətin həyat şəraiti olan, davranış pozuntusu olan oğlan uşaqları üçün sığınacaqlara ehtiyac var”.Mehriban Zeynalovanın sözlərinə görə, cəmiyyətdə “kişilər zorakılığa məruz qalmaz” stereotipi mövcuddur: 

Kişilər əksər hallarda zorakılığa məruz qalmaları barədə danışmırlar.Kişilərin zorakılığa məruz qalması daha çox ailə və məişət məsələlərində onların nüfuzuna ailə üzvləri tərəfindən hörmət göstərilməməsi və ya kifayət qədər iqtisadi tələblərin yerinə yetirilməməsi ilə bağlı olur”.

Mehriban Zeynalova qeyd edib ki, kişilər üçün sığınacaq açılmasına çox ehtiyac yoxdur: 

"Bunun yerinə ölkədə kişilər üçün pulsuz psixoloji reabilitasiya mərkəzləri və danışma mərkəzlərinin açılmasına böyük ehtiyac var".

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

sığınacaq Mehriban Zeynalova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
cebheinfo.az

2Источники