RU

NYT: “Luvr iddiası Makronun imicinə zərbə vuracaq”

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrində dərc olunan materialda belə deyilir.

“Bir çox ölkələrdə tikinti layihəsinin ləğvi liderin nüfuzuna yalnız yüngül xələl gətirə bilər. Prezidentlərin ənənəvi olaraq bu cür möhtəşəm layihələri hakimiyyətlərinin ən böyük nailiyyəti kimi qəbul etdiyi Fransada isə Luvr layihəsinin itirilməsi ağrılı ola bilər”,- qəzet yazır.

Nəşrin fikrincə, Luvr Muzeyinin təmiri təşəbbüsündəki risklər əsasən üç amillə bağlıdır.

Birincisi, söhbət layihənin əhəmiyyətli dərəcədə bahalı smetasından gedir – xərclər 1,1 milyard avrodan çoxdur ki, büdcə məhdudiyyətləri nəzərə alınmaqla belə vəsaiti tapmaq çətin olacaq.

İkincisi, layihəni “qeyri-real” adlandıran Luvr həmkarlar ittifaqları ona yenidən baxılmasını və ya ləğv olunmasını tələb edən rekord şəkildə uzun sürən tətillər keçirirlər. Onlar maliyyələşdirmənin “vitrin” meqalayihəsi üçün yox, iş şəraitinin yaxşılaşdırılması və mövcud infrastrukturun təmiri üçün istifadə olunmasını tələb edirlər.

Üçüncüsü,vəziyyətə siyasi dövr təsir göstərir: Makronun prezidentlik müddətinin sona yaxınlaşması bu genişmiqyaslı, baha başa gələn və mübahisəli təşəbbüsü həssas edir.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Emmanuel Makron Luvr Muzeyinin Modernləşdirilməsi Proqramı olan “Yeni İntibah” layihəsini təqdim edib. Vəsaitlərin bir hissəsinin Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrdən gələn turistlər üçün bilet qiymətlərinin artırılması yolu ilə toplanacağı gözlənilirdi.

Sahil İsgəndərov
AzVision.az
Избранный
17
1
azvision.az

2Источники