RU

“Ermənistan tərəfi qəbul etməlidir ki, Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıtmaq haqqı hüququ var

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ermənistan tərəfi birmənalı olaraq qəbul etməlidir ki, zamanında Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıtmaq haqqı-hüququ var. Ermənilərə də dəfələrlə bununla çağırışlar edilmişdir, özləri qayıtmaq istəmirlər. Bu, bir başqa məsələdir. Bu məsələdə eyniləşdirmə heç bir halda ola bilməz. Bizim Qərbi Azərbaycandan, öz tarixi dədə-baba yurdundan qovulmuş, deportasiya olunmuş, sürgünlərə məruz qalmış, son 100 il ərzində və 88-ci ildən sonra yekun olaraq öz dədə-baba torpaqlarından çıxmaq məcburiyyətində qalmış bacı-qardaşlarımızın geri qayıtmaq haqqı hüququ tanınmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Arzuxan Əlizadə / Foto: amip.az

“Nəticədə Ermənistan bu prorsesdən qazanclı çıxacaq. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə, əslində Ermənistana da bir şans tanıdıq ki, suverenliyini bərpa etmiş olsun və Rusiya boyunduruğundan çıxmaq imkanları əldə etmiş olsun, ölkələr arasında kommunikasiyalar açılsın. Ermənistan Azərbaycanın sayəsində bu gün tranzit ölkəyə çevirmək imkanlarını, çökmüş iqtisadiyyatının ayağa qalxması məsələlərini də nəzərə almalıdır. Fərqində olmalıdır ki, əgər kommunikasiya qovşaqları açılacaqsa, təbii ki, Ermənistan iqtisadiyyatına çox böyük müsbət dividentlər gətirmiş olacaq”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
icma.az

1Источники