RU

''Beşiktaş''ın zədələnən forvardının taleyi necə olacaq?

Qışda həyata keçirdiyi transferlərlə heyətini gücləndirən ''Beşiktaş''da önəmli bir zədə xəbəri var.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Sərgən Yalçın ''Göztəpə'' ilə matçın ardından Əl-Bilal Turenin son durumu haqda məlumat verərkən onun 6-8 həftəliyə sıradan çıxdığını etiraf etdi. İstanbul nəhənginin mövsümün əvvəlində ''Atalanta''dan 3 milyon avroya icarəyə götürdüyü malili forvardın gələcəyi ilə bağlı böyük qeyri-müəyyənlik yaşanır.

Məsələ burasındadı ki, 24 yaşlı futbolçunun müqaviləsində xüsusi maddə var. O, mövsüm ərzində bütün turnirlərdə 15 qol həddinə çatacağı təqdirdə ''qartal'' yayda onu məcburi olaraq daimi əsasda transfer etməli olacaq. Bunun üçün isə berqamolulara daha 15 milyon avro ödəniləcək. Amma Turenin 6-8 həftəliyə sıradan çıxması o deməkdi ki, o, yalnız mövsümün sonlarına yaxın sıraya dönəcək. Yəni bu futbolçunun bundan sonra 15 qol həddinə çatması real görsənmir. Ona görə də Sərgən Yalçının sevimlilərindən olan Turenin Türkiyədə qalıb-qalmayacağı bilinmir. Bəzi mənbələr iddia edir ki, Ture 15 qol həddinə çatmasa belə ''ağ-qaralar'' onu daimi transfer etməkdə maraqlıdılar.

Избранный
11
football-plus.az

1Источники