RU

"Bu məğlubiyyət bizə dərs oldu" - Abbasov yenilginin səbəblərini dedi

İkinci Liqanın 15-ci turunda "Xankəndi" ilə liderlik uğrunda önəmli matça çıxan "Qaradağ Lökbatan" 1:2 hesabı ilə uduzaraq zirvəni tərk etdi. Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Birinci hissədə hər şey planauyğun gedirdi. Həm müdafiədə, həm də hücumda istədiyimiz oyunu sərgiləyə bilirdik. 

İkinci yarıya pis başladıq. Həm ön xətt oyunçularımız, həm də yarımmüdafiəçilərimiz pressinqlər zamanı bir qədər gecikirdilər. Rəqib isə uzun ötürmələrdən istifadə edirdi. Müdafiəçilərimizin "ikinci mərtəbə"də birəbir mübarizələri uduzmaları vurğulamalıyam. Mövqe səhvlərimiz üzündən iki qol buraxdıq və uduzduq. Amma hələ heç nə bitməyib. Bu məğlubiyyət bizə dərs oldu. Əsas mübarizə irəlidədir. Növbəti matçlara ikiqat məsuliyyətlə hazırlaşacağıq. "Xankəndi" ilə də qarşıda daha bir oyunumuz var". 

Toğrul

Избранный
9
1
fanat.az

2Источники