RU

''Qalatasaray''ın başqan vəkili bu iddianı təkzib etdi - ''tamamilə yalandı''

''Qalatasaray''ın başqan vəkili Abdulla Kavukçu klubda son vaxtlar maaşların gecikməsi və oyunçular arasında narazılıqların artması barədə yayılan iddialara münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, o, ''Sabah'' nəşrinin ''Qalatasaray'' üzrə müxbiri Ləvənt Tüzəmənə acıqlamalar verərək bunları deyib:

''Qalatasaray''da pul problemi yoxdu. Avropada oyunçular maaşları bir qayda olaraq 3 ay gecikmə ilə alır. Bizdə isə yanvarın pulu fevralda, fevralın pulu martda ödənilir. Yəni bu baxımdan Avropadan öndəyik. Həm də başqanımız Dursun Özbəkin tələbi ilə mükafatlara da çox həssas yanaşırıq. Oyunçuların pul mükafatlarını və bonuslarını qətiyyən gecikdirmirik. Dərhal pulu onların hesablarına köçürürük. Bu tip xəbərləri bilərəkdən ortaya atırlar. Bunu edənlərin məqsədi ''Qalatasaray''da ab-havanı pozmaq və narazılıq yaratmaqdı. Pulların ödənilməməsi haqda xəbərlər tamamilə yalandı. Bizdə belə problem olsaydı, yanvarın 15-də UEFA-dan borcumuzun olmaması ilə bağlı rəsmi sənəd ala bilərdikmi?''
Избранный
7
1
football-plus.az

2Источники