RU

Qazaxıstanda Xocalı soyqırımının ildönümü belə qeyd olundu – FOTOLAR

ildırım
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

Azərbaycanin Qazaxıstanda ki Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbirdə diplomatik korpusun nümayəndələri, Qazaxıstanın dövlət qurumlarının təmsilçiləri, ictimai təşkilatlar, ekspert icması və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı soyqırımının XX əsrin sonlarında mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini məhv edib, nəticədə uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 613 dinc sakin qətlə yetirilib.

Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciəyə siyasi-hüquqi qiymət verilib, 1994-cü ilin fevralında isə Milli Məclis baş verənləri rəsmi olaraq soyqırımı aktı kimi tanıyıb. O həmçinin vurğulayıb ki, Xocalı soyqırımının tanıdılması və beynəlxalq hüquqi qiymət alması Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Ayrıca bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli iş aparılır.

Tədbir zamanı beynəlxalq reaksiyalarla bağlı məlumat da səsləndirilib. Qeyd olunub ki, 18 ölkənin qanunverici orqanları, eləcə də ABŞ-ın 26 ştatı Xocalı soyqırımını pisləyən qətnamə və bəyanatlar qəbul edib. Müvafiq sənədlər İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində də qəbul olunub.İştirakçıların diqqətinə çatdırılıb ki, 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti Xocalı şəhərində Dövlət bayrağını ucaldıb, 2024-cü ilin mayında ilk sakinlərin geri qayıdışı baş tutub, 2025-ci ilin fevralında isə Xocalı soyqırımı Memorial Kompleksinin yaradılması haqqında fərman imzalanıb.Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

 

Избранный
43
2
konkret.az

3Источники