Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır.Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.“Məlumat üçün nəzərinizə çatdırırıq ki, “İDDO Psixi Sağlamlıq Proqramı” müddətlli proqram kimi fəaliyyət göstərir və ictimai birlik deyil. Qeyd edilən proqramla bağlı olaraq da hər hansı cərimə tətbiq edilməyib. Media orqanlarından hər hansı qurumla bağlı məlumat paylaşarkən həmin qurumla dəqiqləşdirmə aparmaları xahiş olunur”. deyə məlumatda qeyd olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


