RU

Daşkəsən rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan toplantı keçirilib

Fevralın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında keçirilmiş Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan toplantıda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, həmçinin rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, 15 oktyabr 2023-cü il tarixində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi oldu. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin sevincini və qürurunu yaşayır. Artıq Xocalı soyqırımı günü xalqımızın birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilmişdir.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir və bu faciənin unudulmaması, gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, Xocalı da daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılmışdır.

Tədbirdə digər çıxış edənlər də Xocalı soyqırımının beynəlxalq hüquq normalarına zidd törədilmiş ağır cinayət olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Xocalı şəhidlərinin ruhu qarşısında mənəvi borcumuz daim uca tutulacaqdır.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Избранный
3
1
yeniazerbaycan.com

10Источники