RU

Paşinyan Tuskla TRIPP və sülh prosesini müzakirə etdi

BAKI, 26 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Varşavada Polşa Baş naziri Donald Tuskla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli və Avropa İttifaqı ilə münasibətlərə aid məsələlərlə yanaşı, birgə proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdilər.

Baş nazirlər Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi, TRIPP təşəbbüsünün həyata keçirilməsi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə bağlı mövzulara toxunublar.

Избранный
11
teleqraf.com

1Источники