RU

​Arda bir gecədə “Fənərbağça”ya 2 milyon qazandırdı

“Real Madrid”in türkiyəli ulduzu Arda Güler UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə oyunda əsas heyətdə meydana çıxdı.
Metbuat.az xəbər verir ki, bu, Ardanın “Real Madrid” formasında sahəyə çıxdığı yüzüncü rəsmi matç oldu.Ardanın bu uğurandan ən çox qazanan Türkiyənin “Fənərbağça” klubu oldu. 2023-cü ildə iki klub arasında izalanmış müqaviləyə uyğun olaraq oyundan sonra “Fənərbağça” bonus olaraq 2 milyon avro gəlir əldə etdi. 21 yaşlı yarımmüdafiəçi “Real Madrid”in formasında daha 25 matçda oynayacağı təqdirdə İstanbul klubu yenə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in forması ilə meydana çıxdığı 100 oyunda 13 qol vurub, 25 qolun ötürməsini verib.

Избранный
13
metbuat.az

1Источники