Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.