RU

"Çelsi" bu göstəricidə bütün İngiltərə klublarını geridə qoydu

style='margin-bottom:10px;'>

Ötən mövsümün maliyyə yekunlarına əsasən, “Çelsi” İngiltərə klubları arasında rekord zərərə uğrayıb.

QOL.az xəbər verir ki, UEFA-nın dərc etdiyi hesabata əsasən, "Çelsi"nin 2024/25 mövsümündəki zərəri vergilərdən əvvəl 407 milyon avro (342 milyon funt sterlinq) təşkil edib.

London təmsilçisi Avropanın ikinci ən çox zərər edən klubu olan "Lion"u (165 milyon funt sterlinq) iki dəfədən çox qabaqlayıb. Siyahıda üçüncü pillədə isə 124 milyon funt sterlinq zərərlə "Tottenhem" qərarlaşıb.

Bütün Avropa klubları miqyasında götürdükdə, indiyədək yalnız "Barselona" bundan daha böyük zərər açıqlayıb. Belə ki, koronavirusun təsir etdiyi 2020/21 mövsümündə Kataloniya klubu 555 milyon avro itirib.
 

Избранный
11
1
teleqraf.com

2Источники