RU

Li Eun Yonq: Biz Azərbaycan xalqını, xocalıları yaxşı başa düşürük

Seul, 26 fevral, AZƏRTAC

Koreya xalqının da tarixində oxşar faciəli hadisələr olub. Bizdə də müharibə nəticəsində ailə üzvlərini itirənlər var. Ona görə də biz Azərbaycan xalqını, Xocalıda doğmalarını itirənləri hər kəsdən daha yaxşı başa düşürük.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Cənubi Koreyadakı səfirliyi və DGIEA Koreya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Seulda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş simpoziumda iştirak edən keçmiş diplomat Bakıdakı keçmiş səfiri, Suvon şəhəri merinin baş müşaviri Li Eun Yonq deyib.

Azərbaycanda səfir kimi işlədiyi 2021-2024-cü illərdə Xocalı faciəsinin ildönümü mərasimlərində iştirak etdiyini bildirən Li Eun Yonq belə bir simpoziumun Koreyada keçirilməsinin çox mühüm hadisə olduğunu vurğulayıb.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
35
3
azertag.az

4Источники