RU

“Xocalı: Əsir Uşaqlıq” sənədli filmi təqdim edilib (FOTO)

Bakı.Trend:

Fevralın 25-də Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədarHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirməkampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Xocalı: Əsiruşaqlıq” sənədli filminin təqdimatı keçirilib.

Trend xəbərverir ki, təqdimatda millət vəkilləri, dövlət rəsmiləri, Xocalısakinləri və gənclər, o cümlədən gənclər təşkilatlarınınnümayəndələri iştirak ediblər.

Təqdimatdan öncə Kino Mərkəzinin foyesində Xocalı faciəsindəndərhal sonra lentə alınmış fotoşəkillərdən ibarət sərgi nümayişolunub. Sərginin əsas məqsədi faciə zamanı Xocalı sakinlərininyaşadığı dəhşətli anları yenidən xatırlamaq və soyqırımıqurbanlarının xatirəsini yad etmək olub.

Təqdimat Xocalı soyqırımı qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra təqdim olunan “Xocalı: Əsir uşaqlıq” sənədli filmindəXocalıda yaşamış Məmmədovlar ailəsinin 8 üzvünün əsir götürülməsivə onların başına gətirilən faciəvi hadisələr və şahid ifadələri özəksini tapıb. Ekran əsərində Məmmədovlar ailəsinin üzvü MürvətMəmmədov Xocalı faciəsi zamanı mülki əhalinin, xüsusilə dəuşaqların yaşadıqları ağır taledən, həmçinin “Böyük Qayıdış”layihəsi çərçivəsində Xocalıya geri qayıdan sakinlərin eyni andayaşadığı kədər və sevinc hissindən bəhs edilib.

Nümayişdən sonra Azərbaycan Respublikasının Gənclər Fondununicraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və MilliMəclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı şəhərinin vəonun dinc sakinlərinin başına gətirilən ağır faciədən, bu faciənintəkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşıtörədilmiş cinayət kimi tarixdə qalmasından, eyni zamanda, gəncnəslin tarixi yaddaşının möhkəmləndirilməsi istiqamətində həyatakeçirilən layihələrin əhəmiyyətindən danışıblar.

Ardınca “CVN Group”un baş direktoru, filmin müəllifi SəbinəMəlikova və soyqırımının canlı şahidi Mürvət Məmmədov çıxış edərəkerməni əsirliyində baş verən dəhşətlərin unudulmamasınınvacibliyini vurğulayıblar.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının GənclərFondu, Belə-Belə İşlər və CVN TV, “Böyük Qayıdış” GənclərTəşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.

“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
“Xocalı:
Məqalədə:
Избранный
11
4
az.trend.az

5Источники