Bakı.Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki ədəd “P-8A Poseidon”sualtı qayıqlara qarşı patrul təyyarəsi İranın cənubunda yerləşənFars körfəzi üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə "Flightradar24" aviasiyaresursunun məlumatlarında qeyd olunub.
Təyyarələr Bəhreyndə yerləşən Şeyx İsa aviabazasından havayaqalxıb.
Bir neçə saat davam edən əməliyyat zamanı onlar İranın bütünsahil xətti boyunca - Hörmüz boğazınadək uçuşlar həyatakeçiriblər.