RU

Almanlar bunu oruc tutanlara hörmət əlaməti olaraq ediblər...

...Almaniyada McDonald's Ramazan ayı üçün açıq hava reklamlarını redaktə edib.

Gündüzlər rəqəmsal reklam lövhələrində artıq yeməklər yoxdur.

SİA xəbər verir ki, Zakon.kz-in məlumatına görə, iştahaaçan yeməklərin şəkilləri ekranlara yalnız qaranlıqdan sonra qayıdır.

Gündüzlər brendin qablaşdırması ya boş, ya da bağlı göstərilir.

Gün batandan sonra eyni qablaşdırma real vaxt rejimində “doldurulur”.

Müsəlmanların gündəlik oruclarını açdığı anda brendin qablaşdırması kartof qızartması və burgerlərlə doludur. Şahidlər bunun necə göründüyünü səhər və axşam sosial mediada paylaşıblar.

Texnologiya, McDonald's-ın ən tanınan vizual elementi olan yeməyin çıxarılmasına əsaslanan konsepsiyası olan Almaniyanın Scholz & Friends agentliyi tərəfindən hazırlanıb və qeyd ediblər ki, onlar bunu Ramazan ayında oruc tutanlara hörmət əlaməti olaraq ediblər.

Deyilənlərə görə, bu yolla McDonald's, Qəzza zolağında İsrail ordusuna dəstək verdiyi üçün şəbəkə restoranlarını kütləvi şəkildə boykot etməyə başlayan müsəlmanların etibarını geri qazanmaq istəyir..?

Əli Babayev

Избранный
16
1
sia.az

2Источники