Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət sektoru işçilərinin həmkarlar ittifaqı olan "Verdi" tərəfindən elan edilən ümummilli tətilin 100-dən çox şirkət tərəfindən idarə olunan avtobus, tramvay və şəhərətrafı qatarların fəaliyyətinə təsir göstərəcəyi gözlənilir.
Berlin və Hamburq kimi böyük şəhərlərdə çalışanlar da daxil olmaqla təxminən 100 min əməkdaşın aksiyada iştirak etməsi planlaşdırılır.
Bu tətillə həmkarlar ittifaqı nəqliyyat sektorunda daha yaxşı əmək şəraiti və daha yüksək əmək haqqı tələb edir. Tələblərə həftəlik iş saatlarının azaldılması, istirahət müddətlərinin uzadılması, həmçinin gecə və həftəsonu işlərinə görə daha yüksək bonusların verilməsi daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31