RU

Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları anılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı şəhərindəki soyqırımı abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sonra Dövlət Komitəsində Xocalıdan olan məcburi köçkününlərin bir qrupunun iştirakı ilə anım tədbiri keçirilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, hazırda Xocalı rayonunda bərpa və quruculuq işləri davam etdirilir. Bu günədək Xocalı şəhərində və rayonun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Daşbulaq, Xanabad, Seyidbəyli, Ballıca kəndlərində yüzlərlə keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb və onların sayı daha da artacaq.

Tədbirdə Xocalı soyqırımı və Böyük Qayıdış haqqında videoçarxlar nümayiş olunub.

Избранный
15
azerbaijan-news.az

1Источники