RU

ÇL: Het-trik etdi, həftənin ən yaxşı futbolçusu oldu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Atletiko Madrid"in hücumçusu Aleksandr Sörlotdur. 

Norveçli forvard pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Brügge"yə qarşı Madriddə keçirdikləri görüşdə (4:1) het-triklə yadda qalıb.

O, Yens Petter Hauqe ("Budyo-Qlimt"), Orelyen Tçuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.

Toğrul

Избранный
1
1
fanat.az

2Источники