RU

Parker məşqçiləyə başlayır?

Dördqat MBA çempionu Toni Parker yayda ASVEL-in baş məşqçisi ola bilər.

"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri “Le Progres” yayıb. Bu nəşrin xəbərinə inansaq, klub prezidenti olan 43 yaşlı fransalı mövsümün sonunda müqavilə müddəti bitəcək Pyerrik Pupeni əvəz etməyə hazırlaşır.

Parker cari mövsümdə “Nyu-York”un çalışdırıcısı Mayk Braunun məşqçi korpusunda birhəftəlik ixtisasartırma kursu keçib.

ASVEL Fransa çempionatının cari mövsümündə keçirdiyi 19 oyunun 12-də qələbə qazanmaqla 6-cı pillədə qərarlaşıb.

Избранный
15
1
football-plus.az

2Источники