RU

ABŞ dan Maduro ilə bağlı qadağa: Tramp nə etmək istəyir?

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-da Venesuela prezidenti Nikolas Maduronun vəkili hüquqi xidmətlərin ödənişi ilə bağlı məhdudiyyətlərdən şikayət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Maduronun vəkili Barry J. Pollak bildirib ki, ABŞ hakimiyyəti onun hüquqi xidmətlərinin ödənilməsinə faktiki maneələr yaradır. Vəkilin sözlərinə əsasən, Venesuela hökuməti prezidentin müdafiəsi ilə bağlı xərcləri qarşılamağa borcludur və Maduro bu ödənişi tələb etmək üçün hüquqi əsaslara malikdir.

Pollak qeyd edib ki, Maduro və Venesuela hakimiyyəti ABŞ sanksiyaları altında olduğundan, vəkilin həm onu təmsil etməsi, həm də rəsmi Karakasdan ödəniş alması üçün xüsusi lisenziya tələb olunur. Bildirilib ki, belə icazə yanvarın 9-da verilsə də, cəmi üç saat sonra ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Office of Foreign Assets Control” sənədə dəyişiklik edib və Venesuela hökumətinin Maduronun hüquqi xərclərini ödəməsinə qadağa qoyub.

Vəkilin fevralın 20-də göndərdiyi məktubda vurğulanır ki, tətbiq olunan məhdudiyyətlər səbəbindən Maduro onun xidmətlərinin haqqını ödəyə bilmir. Pollak hesab edir ki, bu addım ABŞ Maliyyə Nazirliyinin müdafiə hüququna müdaxiləsi kimi qiymətləndirilə və Konstitusiyada nəzərdə tutulan hüquqların pozulmasına gətirib çıxara bilər.

Məsələ ilə bağlı ABŞ rəsmilərinin rəsmi mövqeyi hələ açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники