RU

Xocalıda ucaldılan soyqırımı abidəsi, bura gələn hər kəsin yaddaşında dərin və silinməz iz qoyacaq

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Prezident İlham Əliyevin tapşırığı ilə qan yaddaşımız olan Xocalıda ucaldılan soyqırımı abidəsi əsrlər keçsə də, Xocalıya gələn hər kəsin yaddaşında dərin və silinməz iz qoyacaq. Bu abidə yalnız bir memarlıq nümunəsi deyil, həm də xalqımızın ağrısının, mübarizəsinin və ədalətə olan inamının rəmzidir".Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, 44 günlük Vətən müharibəsi iştirakçısı Bəhruz Məmmədzadə deyib. O qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir:"1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş bu amansız qətliam nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar – vəhşicəsinə qətlə yetirilmişdir. Bu faciə xalqımızın yaddaşına əbədi həkk olunmuş, milli hüzn və eyni zamanda milli birliyimizin simvoluna çevrilmişdir".Bəhruz Məmmədzadə qeyd edib ki, Xocalıda ucalan soyqırımı abidəsi gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, şəhidlərimizin xatirəsini daim yaşatmaq və dünya ictimaiyyətinə bu faciəni unutmamağı xatırlatmaq məqsədi daşıyır:"Bu abidə xalqımızın sarsılmaz ruhunun, ədalətə və həqiqətə sadiqliyinin təcəssümüdür".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
newscenter.az

1Источники