RU

Artur Sarkisyanın ev dustaqlığı uzadıldı

Modern.az saytına istinadən ain.az xəbər verir.

İrəvan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının tərəfdarı və parlamentin “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha 3 ay uzadılması barədə qərar verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Xatırladaq ki, avqustun 7-də Ermənistanın İstintaq Komitəsi hərəkatın 18 üzvü ilə bağlı cinayət işinin məhkəməyə göndərildiyini açıqlamışdı. Həmin şəxslər terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə üzləşiblər. Hərəkatın lideri Baqrat Qalstanyan və tərəfdarları iyunun sonunda saxlanılıblar.

Artur Sarkisyan 2025-ci il iyulun 9-da həbs edilib, həmin ilin dekabrın 1-də isə barəsində ev dustaqlığı qərarı çıxarılıb. Daha sonra bu qətimkan tədbiri 2026-cı il martın 8-dək uzadılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
modern.az

1Источники