"Tottenhem"in futbolçusu Arçi Qrey karyerasını Almaniyada davam etdirməyi düşünür.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz yarımmüdafiəçisi “Bavariya”dan təklif alıb.
Almaniya nəhəngi ingilisin keçidini mövsümün sonunda həll etmək istəyir.
Lakin hələ ki Qreyin yekun qərarı bəlli deyil. Onun “Tottenhem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
O, “Lids”in yetirməsidir və 2024-cü ildə hazırkı komandasına keçib.
saytlarin hazirlanmasi