RU

Ronaldo "Almeriya"nı seçdi

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo İspaniya klublarının səhmlərini alıb. Metbuat.az xəbər verir ki, futbolçu "Almeriya" klubundan pay əldə edib. "The Touchline H." nəşrində dərc edilən xəbərə görə, Ronaldo "Almeriya"nın səhmlərinin 25 faizini alıb.

Qeyd edək ki, "Almeriya" İspaniya ikinci liqasında 48 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Rasinq" klubu isə 50 xalla birinci yerdədir.

Избранный
2
15
metbuat.az

10Источники