RU

Azərbaycan Ermənistanda keçiriləcək sammitdə iştirak edəcək?VİDEO

"Azərbaycan Avropa Siyasi Birliyinin Ermənistandakı Sammitində iştirak etməyəcək".

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək Sammitində müxtəlif səviyyələrdə təmsilçilik planlaşdırılmır. Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayı üçün belə bir səfər nəzərdə tutulmayıb.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan sülh istiqamətində ciddi addımlar atır və mühüm nəticələr əldə olunub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını azad edib və sülh prosesində təşəbbüslərlə çıxış edən tərəf olub.

Nazir Ermənistan liderinin Ümumdünya Şəhərsalma Forumu olan VVUF13-ə dəvət edilib-edilməyəcəyi məsələsinə də münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
9
xezerxeber.az

1Источники