
Avropa İttifaqı Şurası Belarusun ən iri sənaye müəssisələrinə, o cümlədən Minsk Təkərli Yedəkləyicilər Zavodu, "Qrodno Azot" və "Belaruskaliy"ə qarşı ikinci dəfə sanksiya tətbiq edilməsi barədə qərar qəbul edib.
Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə bildirilir. Yeni qərara əsasən, daha əvvəl Avropa Məhkəməsinin qərarı ilə sanksiya siyahısından çıxarılmalı olan "Belşina" müəssisəsi yenidən "qara siyahı"ya salınıb. Həmçinin "Beltexeksport", "140 saylı təmir zavodu" və "Ximvolokno" zavodu da məhdudiyyətlərlə üzləşib.
Avropa İttifaqı bu addımını sözügedən müəssisələrin Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinə dəstək verməsi və Belarusda insan haqlarının pozulmasında iştirakı ilə əsaslandırıb. Qeyd olunur ki, Aİ sanksiyaların məhkəmə yolu ilə ləğv edilməsinin qarşısını almaq üçün mütəmadi olaraq hüquqi əsaslandırmaları dəyişərək onları yenidən qüvvəyə mindirir.