RU

Paşinyan: Avropa İttifaqı Ermənistanın ən etibarlı tərəfdaşıdır

ain.az bildirir, Ayna portalına istinadən.

“Biz Aİ və onun üzv dövlətlərindən investisiya gözləyirik”

"Avropa İttifaqı Ermənistanın ən etibarlı tərəfdaşıdır". AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda sualları cavablandırarkən deyib.

Paşinyan qeyd edib ki, “demokratiyanın gücləndirilməsində Aİ Ermənistanın ən etibarlı tərəfdaşıdır”.

Baş nazir xatırladıb ki, ötən il Ermənistan Parlamenti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun qəbul edib: "Təbii ki, bu qanun islahat proqramımızı davam etdirmək üçün vacib bir stimuldur. Hazırda regionda və ölkəmizdə yeni imkanlar yaranır və biz Aİ-nin regional əlaqələrin açılmasında və bərpasında necə iştirak edə biləcəyini müzakirə edirik”.

“Biz Aİ və onun üzv dövlətlərindən investisiya gözləyirik və Ermənistan üçün yeni imkanlar tapmağa diqqət yetiririk", - deyə Paşinyan qeyd edib.

Baş nazir  demokratiya və iqtisadiyyatdan təhlükəsizlik və digər sahələrə qədər müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
ayna.az

1Источники