ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Ermənistan xarici işlər naziri Ararat Avropa İttifaqına müraciət edərək ölkəyə təcili hibrid reaksiya qrupunun göndərilməsini xahiş edib.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva özünün sosial şəbəkə səhifəsində paylaşıb. O bildirib ki, Ermənistanda 4 ay sonra keçirilən seçkilərlə bağlı Rusiyanın potensial müdaxiləsini önləmək Paşinyan hökumətinin prioritetinə çevrilib:

“Məqsəd parlament seçkiləri öncəsi Rusiyanın hibrid müdaxiləsindən qorunmaq və dezinformasiyaların yayılmasının qarşısını almağa dəstək göstərməkdir. Avropa İttifaqı 20 nəfərdən ibarət, oxşar missiyanı Moldovaya parlament seçkiləri zamanı göndərmişdi. Missiyanın məqsədi hökumətə Rusiyadan gələn dezinformasiyaları aşkar etmək və onlara qarşı mübarizə aparmaqda dəstək göstərmək idi. Kişinevdakı bu missiyanın işi uğurlu hesab olunmuşdu və indi də oxşar təşəbbüs Ermənistanda iyun seçkiləri ərəfəsində planlaşdırılır”.
Səfər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.