RU

Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib

Bakı. Trend:

Xocalı soyqırımının 34-cü ildönümündə Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinintərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ)tərəfindən “613 Justice for Khojaly” fləşmobu keçirilib.

Trend xəbər verir ki, HeydərƏliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü iləbaşladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasıçərçivəsində keçirilən fləş-mobda min nəfər Azərbaycan könüllüsüiştirak edib. Fləş-mobun keçirilməsində əsas məqsəd Xocalısoyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırımıhəqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əzizxatirəsinin anılmasıdır.

Fləş-mob zamanı könüllü gənclər "Xocalıya ədalət!" şüarınısəsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması vəədalətin bərqərar olunması üçün çağırış ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi:“Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalıqurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüşmeydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.

Избранный
6
9
az.trend.az

10Источники