RU

Məktəb direktoru olmaq istəyənlər sabahdan etibarən...

27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.

Избранный
20
aznews.az

1Источники