RU

AB Belarusa qarşı sanksiyaları uzatdı

Avropa Birliyi Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AB-nin saytında məlumat yayılıb.

"Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 28 fevral 2027-ci ilə qədər uzatmaq qərarına gəlib", - deyə bildirilib.

Sənəddə qeyd olunur ki, sanksiyalar assosiasiya tərəfindən Belarusdakı vəziyyət və Minskin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında iştirakı ilə əlaqədar tətbiq edilib.

Избранный
12
bakivaxti.az

1Источники