RU

Ayətullah Əli Xameneiyinin öldürülməsi ssenarisi nəzərdən keçirilir

“Politico”nun Amerika siyasi elitasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton Ayətullah Əli Xameneinin rəhbərlik etdiyi İranın hakim elitasını aradan qaldırmaq üçün bir ssenari nəzərdən keçirir.

“Seçim “hakim elitanı vəzifədən uzaqlaşdırmaq üçün zərbə”, yəni İranın Ali Lideri Ayətullah Əli Xameneiyə qarşı bir zərbədir” – “Politico” yazıb.

“The New York Times” əvvəllər Tehranın belə bir ssenarini əvvəlcədən gördüyünü və buna görə də İran hakimiyyətinin hökumət daxilində əsas vəzifələr üçün varislər hazırladığını bildirib. Keçmiş İran prezidenti Həsən Ruhani Xameneinin varisi olacaq potensial namizədlər arasındadır.
Xatırladaq ki, İranın nüvə dosyesi ilə bağlı danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı hərbi variantı nəzərdən keçirir.

//Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники