ABŞ və İran arasında texniki danışıqlar gələn həftə keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial media platformasındakı hesabında bildirib.
"Müvafiq paytaxtlarda məsləhətləşmələrdən qısa müddət sonra danışıqları bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək", - deyə nazir yazıb.
Əl-Busaidi prosesdə iştirak edən bütün şəxslərə səylərinə görə təşəkkürünü bildirib.