RU

Gəncədə 29 yaşlı qadın dəm qazından zəhərləndi

Gəncədə 29 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, şəhər sakini - 1997-ci il təvəllüdlü N.Xəlilova huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib.

Dərhal qadına yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 29 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Fakt araşdırılır.

Tural Əhmədov

Избранный
18
2
unikal.az

10Источники